UNESCO rəsmisi: Texnologiyalar insanlığa xidmət edən “ağıllı” şəhərlərin qurulmasına yönəlməlidir
14.03.2026 [18:48]
Azərbaycan müxtəlifliyin bir araya gəldiyi və qlobal problemlərin müzakirə olunduğu mühüm məkana çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti isə parçalanmış dünyada dialoqun və əməkdaşlığın təşviqinə xidmət edir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlər üzrə Beynəlxalq Koalisiyasının sədri, Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti Benedetto Zacchiroli deyib. O bildirib ki, Bakı qlobal miqyasda fikir mübadiləsi aparılan açıq dialoq məkanına çevrilib. Yaxın aylarda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu da müxtəlif ölkələrdən insanların bir araya gələrək şəhərlərin gələcəyini müzakirə etməsi üçün mühüm imkan yaradacaq.