Faiq Hüseynov: Azad edilmiş ərazilər yarmarkaların coğrafiyasının genişləndirilməsi zamanı diqqətdə saxlanılır
16.03.2026 [10:19]
Xəbərin mətni
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Xankəndi şəhərində “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunub. Bu, işğaldan azad olunmuş Xankəndidə bizim növbəti yarmarkamızdır. Yarmarkada 40-dan çox çeşiddə məhsul fermerlər tərəfindən satışa çıxarılıb. Bunu “Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin üzvü Faiq Hüseynov deyib.