Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Biz müstəqil dövlətin azad vətəndaşları kimi öz doğma yurdumuzda yaşayacağıq

17.03.2026 [10:12]

Xəbərin mətni

Mən 1967-ci ildə Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olmuşam. Bu gün isə biz Ağdərə rayonunun Aşağı Oratağ kəndinə köçürük. İlk növbədə, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda şücaət göstərərək qəhrəmancasına şəhid olmuş bütün igidlərimizin qarşısında baş əyirəm, Allahdan onlara rəhmət diləyirəm. Bu sözləri Ağdərə rayonunun Aşağı Oratağ kəndinə köçən keçmiş məcburi köçkün Mehman İsmayılov söyləyib.