Türkiyənin baş konsulu: Çanaqqala zəfəri təkcə türk tarixinə deyil, dünya tarixinə böyük təsir göstərib
18.03.2026 [12:31]
Xəbərin mətni
Bu gün Çanaqqala Zəfərinin 111-ci ildönümü münasibətilə əziz şəhidlərimizi yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında mərasim təşkil etdik. Bildiyiniz kimi, Çanaqqala Zəfəri dünyanın ən mühüm döyüşlərindən biridir. Bu zəfər təkcə türk tarixinə deyil, dünya tarixinə böyük təsir göstərib. Onların göstərdiyi qəhrəmanlıqları gələcək nəsillərə çatdırmaq bizim ən vacib məsuliyyətimizdir. Bu səbəbdən belə mərasimlərə böyük önəm veririk. Bu sözləri jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya deyib.