Azərbaycan Dövlət İnformasiya Agentliyi

Roman Popov: Azərbaycan hakimiyyətinə göstərdiyi dəstəyə görə təşəkkür edirəm

27.03.2026 [18:56]

Xəbərin mətni

Azərbaycan Respublikasına, onun hakimiyyətinə göstərdikləri köməyə görə təşəkkürümü bildirmək istərdim. Bu gün ikinci və üçüncü yük partiyaları çatdırıldı. Biri Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən dəmir yolu nəqliyyatı ilə təşkil edilmiş 300 ton tibbi ləvazimat, ikincisi isə Rusiya Federasiyası Dağıstan Respublikası Hökuməti tərəfindən göndərilmiş 150 ton qida məhsulları idi. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Astarada jurnalistlərə açıqlamasında Rusiya səfirliyinin əməkdaşı Roman Popov bildirib.