Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADY yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərlə bağlı müvafiq tədbirlər görür

28.03.2026 [12:44]

Xəbərin mətni

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür. ADY-dən AZƏRTAC-a bildirilib ki, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir.