Ağdam Sənaye Parkı: Dayanıqlı məşğulluğun və sosial rifahın ünvanı
28.03.2026 [14:30]
Xəbərin mətni
İşğal dövründə dağıdılaraq xarabalığa çevrilən Ağdam şəhəri bu gün yenidən qurulur, dirçəlir və ölkənin iqtisadi xəritəsində mühüm mərkəzlərdən birinə çevrilir. Həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, doğma yurdlarına qayıdan sakinlərin dayanıqlı məşğulluğunun təmin edilməsi də əsas prioritetlərdəndir. Bu baxımdan İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəetməsində olan Ağdam Sənaye Parkı həm iqtisadi inkişafın, həm də keçmiş məcburi köçkünlərin sosial rifahının təminində mühüm rol oynayır.