Çin şirkəti Pekin ilə Pxenyan arasında uçuşları bərpa edib
30.03.2026 [12:14]
Xəbərin mətni
Çinin milli aviadaşıyıcısı “Air China” 6 illik fasilədən sonra Pekin ilə Koreya Xalq Demokratik Respublikasının paytaxtı Pxenyan arasında sərnişin təyyarəsi uçuşlarını bərpa edib. Martın 30-da yerli vaxtla səhər saat 8-də şirkətin CA121 nömrəli reysi üzrə ilk təyyarəsi Pekinin Paytaxt Beynəlxalq Hava Limanından yola düşüb. Təyyarə yerli vaxtla saat 10:30-da Pxenyana çatıb.