Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əli Əsədov: Bişkek görüşündə formalaşan müsbət dinamika və işgüzar mühit bu gün Bakıda davam etdirilir

02.04.2026 [13:30]

Xəbərin mətni

Ötən ilin sentyabr ayında keçirilən Bişkek görüşü çoxtərəfli əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrimizin gücləndirilməsi baxımından çox səmərəli olub. İlk görüşdə formalaşan müsbət dinamika və işgüzar mühit bu gün Bakıda davam etdirilir. AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşündə Baş nazir Əli Əsədov deyib.