Qırğızıstan TDT çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə xüsusi əhəmiyyət verir
02.04.2026 [14:15]
Xəbərin mətni
Bakıda qarşıda duran mühüm məsələlərin müzakirəsi üçün çox əlverişli şərait yaradılıb. İnanırıq ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın sədrliyi əməkdaşlığımıza yeni təkan verəcək və əvvəllər əldə olunan razılaşmalar ardıcıl şəkildə həyata keçiriləcək. Bu sözləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşündə Qırğızıstan Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyev deyib.