Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş nazir Abdulla Aripov: Qəbələdə əldə olunan razılaşmalar əməkdaşlığın genişləndirilməsinə təkandır

02.04.2026 [14:53]

Xəbərin mətni

Bugünkü görüş beynəlxalq münasibətlərdə dərin transformasiyaların baş verdiyi bir şəraitdə keçirilir. Biz görünməmiş çağırışlar və qeyri-müəyyənliklərlə səciyyələnən mühüm anları yaşayırıq. Münaqişələr, iqtisadi qarışıqlıqlar, texnoloji pozuntular və hibrid təhlükələr beynəlxalq mühiti get-gedə daha mürəkkəb formaya salır. Beynəlxalq təhlükəsizlik və iqtisadi əməkdaşlığın qlobal arxitekturası parçalanma təhlükəsi önündədir. Bunu Özbəkistanın Baş naziri Abdulla Aripov Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI