Özbəkistan Türk Dövlətlərinin Sənaye İttifaqının yaradılmasını dəstəkləyir
02.04.2026 [14:55]
Xəbərin mətni
Biz iqtisadi inteqrasiyanı dərinləşdirmək məqsədilə Baş nazir müavinlərinin sədrliyi ilə Türk Dövlətləri Təşkilatının İqtisadi Tərəfdaşlıq üzrə Daimi Şurasının təsis olunmasını vacib hesab edirik. Biz üzv dövlətlərin həmin mexanizmə və onun qısa zamanda təsdiq edilməsinə verəcəyi dəstəyə ümid edirik. Bunu Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.