Azərbaycan Dövlət İnformasiya Agentliyi

XTQ mənsubu: Aprel döyüşlərində həm döyüşdük, həm də kəşfiyyat apardıq

04.04.2026 [15:48]

Xəbərin mətni

Aprel döyüşləri başlayanda çətinlik çəkmədik. Xüsusi Təyinatlı Qüvvələr (XTQ) mənsubu olaraq buna hazır idik. Psixoloji, fiziki və hərbi cəhətdən müxtəlif ərazilərdə təlimlər keçirdik. Praktiki olaraq hamımız bu döyüşü gözləyirdik. Bizə qismət olacağını bilmirdik, lakin döyüşün nə zamansa başlayacağını bilirdik. O torpaqlar Ermənistan silahlı qüvvələri tərəfindən güc yolu ilə işğal olunmuşdu. Sülh yolu ilə qayıtmayacağını bir ordu, XTQ mənsubu olaraq hiss edirdik, daim buna hazırlaşırdıq. Ona görə də heç bir çətinliyimiz olmadı, yalnız qürur hissi yaşadıq. Bunu AZƏRTAC-a müsahibəsində Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, XTQ-nin ehtiyatda olan polkovnik-leytenantı Nizami Əliyev deyib.