Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muhsin Şentürk: Qardaş ölkələrlə daha səmimi münasibətlər qururuq və yaxşı nəticələr əldə edirik

07.04.2026 [18:18]

Xəbərin mətni

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorluqlarının Şurası mövcuddur. Hesab edirəm ki, Baş prokuror Kamran Əliyev onun formalaşmasına çox mühüm töhfələr verib. Qazaxıstan, Türkmənistan, Özbəkistan - hamısı bizim qardaşlarımızdır. Əslində, hamımız bir millətik, çünki adət-ənənələrimiz demək olar ki, eynidir. Münasibətlərimiz gündən-günə inkişaf edir. Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk bildirib.