Şuşa və Naxçıvanda Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı tədbirlər keçiriləcək
10.04.2026 [11:51]
Xəbərin mətni
Qarşıdakı həftələrdə Şuşa və Naxçıvan şəhərlərində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Bunu BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında bildirib.