Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərhad Məmmədov: Biz bu sınaqdan da kifayət qədər uğurla çıxdıq

11.04.2026 [17:55]

Xəbərin mətni

Nə Rusiya-Ukrayna müharibəsi, nə də Yaxın Şərqdəki müharibə sülh prosesinə hər hansısa mənfi bir təsir göstərmir. Ölkəmizə qarşı ilk hücum baş verdikdə, Ermənistan tərəfi Azərbaycana zəng edərək baş vermiş hadisə ilə bağlı narahatlığını ifadə etdi. Bu da öz növbəsində sülh gündəliyinin bir göstəricisi idi. AZƏRTAC xəbər verir ki, bu sözləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov "Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş ikitərəfli dəyirmi masa çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI