Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukraynalı ekspert: Bu il Ukraynada prezident seçkilərinin keçirilməsi mümkün görünmür

17.04.2026 [18:11]

Xəbərin mətni

Ukraynada müharibə dönəmində prezident seçkilərinin keçirilməsi aktuallığı ölkənin dövlət qurumlarında, siyasi dairələrində müzakirə olunmaqdadır. Ukrayna Mərkəzi Seçki Komissiyasının sədr müavini Sergey Dubovik bildirib ki, parlament üzvləri də daxil olmaqla, hər kəsin fikri budur ki, hərbi əməliyyatların aktiv mərhələsi dayandırılmalı, dəqiq demarkasiya xətti müəyyən edilməli və yalnız bundan sonra seçkilərin təşkili üçün altıaylıq müddət verilməlidir. Ukraynanın yerli ekspertləri isə hesab edir ki, seçkilərin keçirilməsi üçün qanunvericiliyə dəyişiklik edilməlidir. Məsələ ilə bağlı AZƏRTAC-a açıqlamasında ukraynalı ekspert Aleksandr Kovalenko bildirib ki, Ukrayna Konstitusiyasına görə, müharibə zamanı prezident seçkilərinin keçirilməsi qəbuledilməzdir.