Cəlil Məlikov: Şuşaya İƏT-ə üzv ölkələrdən yüksək səviyyədə nümayəndə heyəti gəlib
27.04.2026 [22:25]
2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin Ərdəbil şəhərində keçirilmiş 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilib. Azərbaycan Respublikasının Prezidenti Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Şuşada keçirilən bugünkü açılış bu çərçivədə birinci tədbirdir. Tədbirdə iştirak üçün bütün üzv ölkələrdən yüksək səviyyədə nümayəndə heyəti gəlib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşada jurnalistlərə müsahibəsində Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin müavini Cəlil Məlikov deyib.