Azərbaycan Dövlət İnformasiya Agentliyi

BƏT-in nümayəndəsi: Geosiyasi amillərin təsiri ilə meydana çıxan narahatlıqlar yeni risklərə və çağırışlara səbəb olub

28.04.2026 [17:05]

Xəbərin mətni

Sosial izolyasiya və texnostres, eləcə də geosiyasi amillərin təsiri ilə meydana çıxan iqtisadi və maliyyə qeyri-sabitliyi, iş yerində qeyri-müəyyənlik, gələcəklə bağlı narahatlıqlar yeni risk və çağırışların yaranmasına səbəb olub. Bunu Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "İş yerlərində psixososial risklərin idarəolunması: Müasir yanaşmalar və həll yolları" mövzusunda keçirilən konfransda deyib.