Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş direktor: İşlə bağlı qəzalar və xəstəliklər qlobal səviyyədə iqtisadi itkiyə səbəb olur

28.04.2026 [17:09]

Xəbərin mətni

Əməyin təhlükəsizliyi və sağlamlığı müasir əmək münasibətlərinin əsas sütunlarından biridir. Bu sahə yalnız iş yerlərində risklərin azaldılması ilə məhdudlaşmır, insan həyatına və sağlamlığının qorunmasına, əmək məhsuldarlığının artmasına, sağlam və dayanıqlı iş mühitinin formalaşmasına, ümumilikdə isə sosial-iqtisadi inkişafın möhkəmləndirilməsinə xidmət edir. Bunu İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov 28 Aprel- Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "İş yerlərində psixososial risklərin idarəolunması: Müasir yanaşmalar və həll yolları" mövzusunda keçirilən konfransda deyib.