Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN-in nümayəndəsi: Dünyanın heç bir ölkəsində dəymiş ziyanın əvəzi dövlət tərəfindən ödənilmir

28.04.2026 [18:54]

Xəbərin mətni

Bu il martın sonlarında və aprelin əvvəllərində respublikamızın şimal rayonlarında və Abşeron yarımadasında yağıntıların miqdarı həddən artıq çox olub. İlkin məlumatlara görə, Abşeron yarımadası ərazisində üç gün ərzində düşən yağıntının miqdarı 143 millimetr olub. Abşeron yarımadası üçün isə illik statistik norma 250 millimetrdir. Üç gün ərzində düşən yağıntılar illik orta statistik normanın təxminən 60 faizə yaxınını təşkil edib. Təbii ki, bu cür hadisələr özlərindən sonra müəyyən fəsadlar yaradır. Hadisə nəticəsində həm vətəndaşlarımıza, həm onların fərdi təsərrüfatlarına, həm biznes strukturlarına, həm də bir çox dövlət qurumlarının infrastruktur obyektlərinə xeyli ziyan dəyib. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndəsi Elxan Əsədov deyib.