Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk professor: Azərbaycan oftalmologiyası bir çox ölkələrə nümunə olacaq templə irəliləyir

28.04.2026 [21:32]

Xəbərin mətni

Azərbaycan oftalmologiyasının çox mühüm tarixi kökləri var. Zərifə xanım Əliyevanın ərsəyə gətirdiyi elmi resurslar bu köklərin formalaşmasında çox mühüm rol oynayıb və onun yaratdığı motivasiya sayəsində bu gün Azərbaycan oftalmologiyası, həqiqətən, əhəmiyyətli bir səviyyəyə çatıb. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında türk professor, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin fəxri üzvü Süleyman Kaynak deyib.