Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var

29.04.2026 [10:21]

Xəbərin mətni

Tovuz rayonu ərazisində avtomobil qəzası baş verib. Hadisə rayonun Dondarquşçu kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı tikiliyə çırpılıb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar dərhal təcili tibbi yardım vasitəsilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.