Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdərə və Xocalının kəndlərinə daha 175 nəfər qayıdıb

29.04.2026 [14:55]

Xəbərin mətni

Xocalı rayonunun 6, Ağdərənin isə 1 kəndinə növbəti köç olub. Köç prosesi çərçivəsində Xocalı rayonunun Xanabad kəndinə 46 nəfərdən ibarət 10 ailə, Badara kəndinə 59 nəfərdən ibarət 16 ailə, Xanyurdu kəndinə 25 nəfər (4 ailə), Seyidbəyli kəndinə 3 nəfər (1 ailə), Şuşakəndə 5 nəfər (1 ailə), Təzəbinə kəndinə 15 nəfər (3 ailə), Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 22 nəfərdən ibarət 6 ailə qayıdıb.