Xaçmazda “VAZ” və “KİA” toqquşub – 2 nəfər ölüb
29.04.2026 [16:14]
Xəbərin mətni
Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Samur-Yalama yolunun Düztahir kəndi ərazisindən keçən hissəsində “VAZ” və “KİA” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində sürücülər - 31 yaşlı Yalama kənd sakini Orxan Mirzəquliyev və 35 yaşlı Ukuroba kənd sakini İsrafil Hidayətov hadisə yerində ölüb.