Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Əmək müqavilələrinin 97 faizi e-qaydada bağlanılıb

29.04.2026 [17:14]

Xəbərin mətni

Son illər istifadəyə verilmiş ƏMAS platforması işəgötürənlərlə işçilər arasında elektron əmək müqavilələrinin bağlanılmasını təmin edir, rəqəmsal kadr uçotu sisteminin təşkilinə imkan yaradır. Qüvvədə olan əmək müqavilələrinin artıq 97 faizi elektron qaydada bağlanılıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Sahibkarlar günü"nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə bildirib.