İdarə rəisi: Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində kompleks urban inkişaf modeli tətbiq olunur
01.05.2026 [12:09]
Ölkəmizdə "Şəhərsalma və Memarlıq İli"nin elan olunması dövlətimizin bu sahəyə verdiyi yüksək önəmin, həyata keçirilən ardıcıl islahatların və uzunmüddətli inkişaf strategiyasının məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilən dövlətçilik strategiyası ölkəmizin bütün sahələrində, o cümlədən şəhərsalma və memarlıq istiqamətində sistemli və dayanıqlı inkişafın əsasını qoyub. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sözləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılışında deyib.