Hikmət Hacıyev: Qarabağ və ətraf ərazilərdə mina problemi hələ də ciddi humanitar çağırış olaraq qalır
01.05.2026 [19:15]
Xəbərin mətni
Qarabağ və ətraf ərazilərdə mina problemi hələ də ciddi humanitar çağırış olaraq qalır. 1,5 milyondan çox mina ərazidə təhlükə yaradır və bu, ölkə ərazisinin təxminən 12–13 faizini əhatə edir. Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə Qarabağ Universitetində keçirilən görüşdə deyib.