Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Son illərdə Avropa Parlamenti demokratiya kartından təzyiq vasitəsi kimi istifadə edir

01.05.2026 [21:40]

Xəbərin mətni

Avropa Parlamenti son illərdə mandatından kənar formada dövlətlərin daxili işlərinə qarışmaqla demokratiya kartından təzyiq vasitəsi kimi istifadə edir və müxtəlif korrupsiya qalmaqallarına yol açır. Avropada ksenofobiya, islamofobiya, irqçilik və bu kimi bir çox meyillərin yayıldığı bir vaxtda Avropa Parlamentinin üzvləri bu meyillərlə mübarizə istiqamətində iş aparmırlar. Əksinə, bunu təbliğ edən parlamentarilər az deyil. Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI