“Əsərlərimin əksəriyyəti son iki ildə ərsəyə gəlib” - şuşalı rəssam
05.05.2026 [14:15]
Xəbərin mətni
Rəssam Rövşən Bayramov Şuşadan ayrı qaldığı 32 il ərzində doğma şəhərini rəsmlərində yaşadıb. O, yaddaşında qoruduğu Şuşanın küçələrini, məhəllələrini və abidələrini ağ vərəqlərə köçürərək bu ayrılığa sənətlə təsəlli tapıb. Bu gün isə həmin xatirələr reallığa çevrilib - rəssam Şuşaya qayıdan ilk sakinlərdən biri kimi doğma şəhərdə yaşayır, yenidən yaradır, azad Şuşanı artıq xəyallarında deyil, canlı mənzərələr əsasında kətanda əks etdirir.