Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəsimi Ağayev: Almaniyadakı əsir düşərgələrində həlak olmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi önəmli vəzifədir

06.05.2026 [17:25]

Xəbərin mətni

Bu gün keçmiş Buxenvald əsir düşərgəsində İkinci Dünya müharibəsi illərində burada saxlanılmış, əzab çəkmiş və həlak olmuş azərbaycanlı əsirlərin xatirəsinə həsr olunmuş lövhənin açılışını etdik. Bu, Almaniya ərazisində yerləşən əsir düşərgələrində səfirlik olaraq son iki ildə açdığımız dördüncü xatirə lövhəsidir. İlk xatirə lövhəsi 2024-cü ildə Daxau əsir düşərgəsində açıldı. Sonrakı ildə Zaksenhauzen əsir düşərgəsində, iki həftə öncə Bergen-Belzen əsir düşərgəsində, bu gün isə Buxenvald əsir düşərgəsində açıldı. Bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev jurnalistlərə müsahibəsində deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI