Kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar hansı halda götürülə bilər? – Yeni qanun layihəsi
12.05.2026 [14:41]
Xəbərin mətni
Kənd təsərrüfatı fəaliyyətinə mane olduqda kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqların götürülməsinə yol veriləcək. Bu məsələ Milli Məclisin mayın 12-də keçirilən iclasında müzakirəyə çıxarılmış “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.