Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parlament Qubanın bəzi kəndlərinin adlarının dəyişdirilməsi ilə bağlı məsələni təsdiqləyib

12.05.2026 [19:30]

Xəbərin mətni

Quba rayonunun inzibati ərazi dairəsinin tərkibinə daxil olan yaşayış məntəqələrinin adları dəyişdirilir. AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 12-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.