Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: Həmişə inanmışdıq ki, torpaqlarımızı geri qaytaracağıq

13.05.2026 [10:19]

Xəbərin mətni

Mən Bakı şəhərində yarımçıq vəziyyətdə olan binalarda yaşamışam. Çox çətin günlər görmüşük, ağır həyat keçirmişik. Amma buna baxmayaraq dözdük, inandıq ki, dövlətimizin və ordumuzun sayəsində torpaqlarımızı geri qaytaracağıq. Buna həmişə inanmışdıq. Bu fikirləri Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edən keçmiş məcburi köçkün Yusif Rüstəmov AZƏRTAC-a müsahibəsində deyib.