Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nənəsindən öyrəndiyi sənəti “ABAD”la dünyaya tanıdır: Şamaxılı toxucunun uğuru – Müsahibə

13.05.2026 [12:14]

Xəbərin mətni

Şamaxıda qədim xalq sənəti növlərindən olan toxuculuğu yaşadan gənclərdən biri də 28 yaşlı Nisə Əsgərovadır. Uşaqlıq həvəsini peşəyə çevirən Nisə hazırladığı rəngarəng əl işləri ilə həm gəlir əldə edir, həm də ənənəvi sənətin yaşadılmasına töhfə verir. Əvvəllər ev şəraitində fəaliyyət göstərən gənc sənətkar, sonradan Şamaxı Yaradıcılıq Mərkəzinə və “ABAD” layihəsinə (Ailə Biznesinə Asan Dəstək – red.) qoşularaq fəaliyyətini genişləndirib. Hazırda əsasən uşaqlar üçün ekoloji təmiz toxunma oyuncaqlar hazırlayan həmsöhbətimiz üçün bu iş sadəcə qazanc mənbəyi deyil, həm də mənəvi rahatlıq tapdığı yaradıcılıq dünyasıdır.