“Xocalıdan dünyaya” şüarı ilə Ballıcadan dünyaya uzanan ixrac marşrutu
13.05.2026 [15:41]
Xəbərin mətni
İşğaldan azad edilmiş ərazilərin iqtisadi yenidənqurma planına uyğun olaraq, Xocalı rayonunda müasir istehsal infrastrukturunun qurulması sürətlə davam edir. Bölgədə həyata keçirilən bərpa və quruculuq işləri çərçivəsində fəaliyyətə başlayan yeni müəssisələr Qarabağın sənaye mərkəzinə çevrilməsində mühüm rol oynayır.