Bakıda 9-cu “ANİMAFİLM” festivalı başlayıb: “İsi və Piti” tamaşaçılara təqdim edilib
13.05.2026 [22:22]
Xəbərin mətni
Bu gün Nizami Kino Mərkəzində 9-cu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılış mərasimi keçirilib. Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Yaradıcı Mərkəzin dəstəyi ilə Azərbaycan Animasiya Assosiasiyası və “ANİMAFİLM” MMC tərəfindən təşkil olunub.