Qlobal Cənub Şəbəkəsi bu gün vətəndaş cəmiyyətinin mühüm və qalıcı miraslarından biridir
14.05.2026 [12:29]
Xəbərin mətni
Bu gün Qlobal Cənub Şəbəkəsi vətəndaş cəmiyyətinin mühüm və qalıcı miraslarından biri kimi qəbul edilir. Şəbəkəmiz artıq beynəlxalq təşkilatlar və nüfuzlu mərkəzlər tərəfindən tanınır. Biz London, Bonn, Nayrobi, Əddis-Əbəbə və nəhayət Bakı kimi şəhərlərdə keçirilən bir çox qlobal və regional tədbirlərdə iştirak etdik, təcrübəmizi bölüşdük. Bu sözləri Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.