"Bakı–Xankəndi" velosiped yarışına yekun vurulub, son mərhələnin qalibi İspaniya təmsilçisi olub
14.05.2026 [16:09]
Xəbərin mətni
"Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışına yekun vurulub. Sonuncu – V mərhələdə finişə İspaniyanın "Burqos" komandasının Yeni Zelandiyadan olan üzvü Coş Barnett birinci çatıb. O, Tərtərdən Xankəndiyə qədər 181,5 kilometr məsafəni hamıdan tez qət edib.