“Xarıbülbül” festivalı davam edir: Cıdır düzündə gənc istedadlar səhnədə
14.05.2026 [20:46]
Xəbərin mətni
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı yaradıcı gənclərin bacarıq və ideyalarını göstərmələri, milli sənət ənənələrini müasir baxışla təqdim etmələri üçün mühüm platforma rolunu oynayır. Bu baxımdan festivalın birinci gününün növbəti tədbiri xüsusi əhəmiyyət kəsb edib. Cıdır düzündə təşkil olunan konsert proqramında Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələri səhnəyə çıxıblar.