Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Doğma torpaqları yenidən dirçəldəcəyik

15.05.2026 [10:08]

Xəbərin mətni

1993-cü ilin noyabr ayında doğma yurdumu tərk etməyə məcbur qaldım. İllərlə qəlbimdə yaşatdığım torpaq həsrəti artıq sona çatır. Şükür Allaha, bu gün yenidən doğma obamıza qayıdırıq. Bu sözləri AZƏRTAC-a müsahibəsində Cəbrayıl rayonundan olan keçmiş məcburi köçkün Akif İsmayılov deyib.