BMT-nin nümayəndəsi: Ölkələr öhdəlikləri konkret layihələrə çevirmək üçün birlikdə çalışmalıdır
05.06.2026 [15:59]
Xəbərin mətni
Beynəlxalq əməkdaşlıq vacibdir. Ölkələr öhdəlikləri yerində həyata keçirilən konkret layihələrə çevirmək üçün birlikdə çalışmalıdır. Bu isə COP konfranslarında danışıqlarla yanaşı, icra və tətbiq məsələlərinin də əsas diqqət mərkəzində olmasını tələb edir. Bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda Keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirin iştirakçılarına videomüraciət zamanı deyib.