Serbiyalı nazir: Təbiətin gücündən ilham almaqla çağırışları fürsətlərə çevirə bilərik
05.06.2026 [16:00]
Xəbərin mətni
Serb Respublikası adından Azərbaycana bu mühüm qlobal tədbirə ev sahibliyi etdiyinə, göstərdiyi qonaqpərvərliyə və liderliyə görə səmimi təşəkkürümü bildirirəm. Bu gün biz burada yalnız dövlətlərin nümayəndələri kimi deyil, həm də ortaq evimizin qoruyucuları kimi toplaşmışıq. Təbiətdən ilham alaraq, birlikdə iqlimədavamlı gələcək qurmağa sadiqliyimizi bir daha bəyan edirik. Bunu Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirdə çıxışı zamanı deyib.