Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb

10.06.2026 [23:54]

Xəbərin mətni

Çin Dövlət Gəmiqayırma Korporasiyasının (CSSC) Şanxaydakı törəmə şirkəti olan “Hudong-Zhonghua” gəmiqayırma qrupu dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) tankerinin inşasına başlayıb. AZƏRTAC şirkətin açıqlamasına istinadla xəbər verir ki, tutumu 271 min kubmetr olacaq “QC-Max” tipli tankerin uzunluğu layihə üzrə 344 metr, eni 53,6 metr olacaq.