Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar?

11.06.2026 [17:33]

Xəbərin mətni

Daşınmaz əmlak alqı-satqısı zamanı diqqətsizlik sonradan həm hüquqi, həm də maliyyə problemlərinə səbəb ola bilər. Bu səbəbdən əmlak əldə etməyi planlaşdıran şəxslərin alqı-satqı prosesinə məsuliyyətlə yanaşmaları və qərar verməzdən əvvəl bütün vacib məqamları nəzərdən keçirmələri tövsiyə olunur. Bəs daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq üçün hansı məsələlərə xüsusi diqqət yetirilməlidir? Vəkil Roman Qaraşov AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib ki, alınacaq əmlakın təyinatının (yaşayış və ya qeyri-yaşayış) sizin məqsədinizə uyğun olub-olmadığını dəqiqləşdirmək vacibdir.