Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Göyçay-Süd" ASC Laçında yeni emal zavodu tikməyi planlaşdırır

12.06.2026 [15:59]

Xəbərin mətni

Biz də 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı çərçivəsində keçirilən müşavirəyə qatıldıq, proqramın icrasına öz töhfəmizi vermək istəyirik. Hazırda “Göyçay-Süd” Açıq Səhmdar Cəmiyyəti gündəlik 35 ton süd məhsulu emal edir. Biz 2030-cu ilə qədər bu göstəricini 35 tondan 100 tona çatdırmağı planlaşdırırıq. Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı Ağdaşda keçirilən regional müşavirədə iştirak edən “Göyçay-Süd” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini Soltan Mustafalı deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI