Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb

15.06.2026 [13:17]

Xəbərin mətni

Çin “Lijian-1 Y14” daşıyıcı raketi ilə orbitə 8 peyk çıxarıb. AZƏRTAC xəbər verir ki, raket Çinin şimal-qərbindəki Donfen özəl kosmik innovasiya pilot zonasından Pekin vaxtı ilə saat 11:44-də (Bakı vaxtı ilə 07:44) buraxılıb. Raket peykləri planlaşdırılan orbitə çatdırıb. Peyklər arasında yüksək dəqiqlikli məsafədən optik zondlama peyki (“Jixing Gaofen 07C04”) peyki də var.