IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır
16.06.2026 [20:03]
Xəbərin mətni
Xəzər dənizi iqlim dəyişikliklərinin təsiri altındadır. Bu amillərin təsiri nəticəsində Xəzər dənizinin səviyyəsi kəskin şəkildə aşağı düşür və bu da müxtəlif ekoloji, hidroloji problemlərə səbəb olur. Bu problemi dünya ictimaiyyətinə çatdırmaq, beynəlxalq səviyyəyə qaldırmaq lazımdır. Düşünürəm ki, bu proses çox uğurla həyata keçirilir. Cenevrədən sonra Bonn şəhərində də belə bir tədbirin təşkili çox əhəmiyyətli oldu. AZƏRTAC xəbər verir ki, bu fikirləri IDEA İctimai Birliyinin eksperti Elnur Səfərov Bonnda Azərbaycan mediasına müsahibəsində səsləndirib.