Şükürbəyli kəndində daha 45 ailəyə evlərinin açarları təqdim olunub
17.06.2026 [15:35]
Xəbərin mətni
Bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən ailələrə evlərinin açarları təqdim olunub. Kəndə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.