Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağalıda yaradılan ilk kooperativlər regionun kənd təsərrüfatında yeni inkişaf modelinə çevrilir - Reportaj

22.06.2026 [13:29]

Xəbərin mətni

Prezident İlham Əliyev tərəfindən bu il mayın 25-də təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaradır. Sənəddə kənd təsərrüfatının inkişafı, habelə yerli istehsal və emal potensialının gücləndirilməsi üçün genişmiqyaslı dəstək mexanizmləri nəzərdə tutulur.